SON XƏBƏRLƏR

Kənd Təsərrüfatı Bankının fəaliyyəti nəticəsində Təbriz Traktor Zavodu bağlanmaq ərəfəsindədir

2025.09.06, 12:17
Kənd Təsərrüfatı Bankının fəaliyyəti nəticəsində Təbriz Traktor Zavodu bağlanmaq ərəfəsindədir

Kənd Təsərrüfatı Bankının fəaliyyəti nəticəsində Təbriz Traktor Zavodu bağlanmaq ərəfəsindədir.

Gunaz.tv

Bunu Kəleybərdən olan millət vəkili Behnam Rizvani deyib.

“Likvidliyin olmaması və bank sistemlərinin istehsalçı və ixracatçılarla əməkdaşlığının olmaması səbəbindən Şərqi Azərbaycan vilayətində istehsal və iqtisadi vəziyyət arzuolunan səviyyədə deyil. Biz vilayətin istehsal və sənayesindəki problemlərə görə Mərkəzi Bankın rəhbərini günahlandırırıq, çünki bir çox istehsalat bölmələri bir neçə aydır valyuta ayrılması üçün növbə gözləmək məcburiyyətindədir.” - deyə o bildirib.

Təbriz Traktor Zavodu hazırda məhsullarının satışında böyük problemlərlə üzləşir, çünki bu kompleksin satış prosesi elədir ki, satışlar Mərkəzi Bank vasitəsilə fermerlərə kredit vermək və kreditlər ayırmaqla həyata keçirilir.

"Gələn həftə Mərkəzi Bankın sədri, Kənd Təsərrüfatı Naziri və digər aidiyyatı rəhbərlərin iştirakı ilə bu məsələni müzakirə etmək üçün görüş keçirəcəyik, çünki bu tendensiya davam edərsə, Təbriz Traktor Zavodunun bağlanması ehtimalı var." - ehnam Rizvani bildirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar