SON XƏBƏRLƏR

İranda yeni xəstəliyin yayılması riski yüksəkdir

2025.09.08, 09:36
İranda yeni xəstəliyin yayılması riski yüksəkdir

Ölkədə dang qızdırmasının yayılma riski ciddidir. 

Gunaz.tv

Bunu İran səhiyyə nazirinin müavini Minu Mohrez deyib.

O, bu yaxınlarda dang qızdırmasının yayılacağı ilə bağlı xəbərdarlıq edib. 

"Bu ağcaqanad bütün ölkəyə yayılıb və hətta göydələnlərin ən yüksək mərtəbələrində belə uçmaq və xəstəliyi yaymaq qabiliyyətinə malikdir", nazir müavini bildirib.

Mohrez, payız fəsli yaxınlaşdıqca və yağıntılar artdıqca, infeksiyanı yayan Aedes ağcaqanadının yaşadığı şəhərlərin sayının artacağını söyləyib.

Qeyd edək ki, xəstəlik Aedes ağcaqanadının sancması nəticəsində yaranır və onun simptomları yüksək qızdırma, baş ağrısı, oynaqların sərtləşməsi, burun və diş ətindən yüngül qanaxma, aşağı təzyiqdir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar