SON XƏBƏRLƏR

Tramp: Əminəm ki, Rusiya-Ukrayna münaqişəsini həll edəcəyik

2025.09.08, 11:41
Tramp: Əminəm ki, Rusiya-Ukrayna münaqişəsini həll edəcəyik

Amerika Prezidenti Donald Tramp Rusiya və Ukrayna ilə bağlı mövcud vəziyyətdən narazı olduğunu bildirib.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, Tramp bu barədə Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərin suallarını cavablandırarkən danışıb.

O, narazı olmasına rəğmən, münaqişənin həllinə qovuşdurulacağına əminliyini ifadə edib.

"Bu vəziyyətdən narazıyam. Orada baş verənlər məni sevindirmir. Hesab edirəm ki, bu münaqişə həll olunacaq... Əminəm ki, biz bunu həll edəcəyik", – Tramp qeyd edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar