SON XƏBƏRLƏR

Rubinyan və İran XİN rəhbərinin müavini Ermənistan-Türkiyə dialoqunu müzakirə edib

2025.09.09, 14:23
Rubinyan və İran XİN rəhbərinin müavini Ermənistan-Türkiyə dialoqunu müzakirə edib

Ermənistan parlamentinin sədr müavini, Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyan İran xarici işlər nazirinin müavini Vahid Calalzadə ilə görüşüb.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Ruben Rubinyan və Vahid Calalzadə Ermənistan-Türkiyə danışıqlar prosesini müzakirə ediblər.

Ermənistan parlamentindəki görüşdə bölgədəki son hadisələrə də toxunulub.

Rubinyan bildirib ki, İranla münasibətlər qarşılıqlı hörmətə əsaslanır və Ermənistan üçün böyük əhəmiyyət kəsb edir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar