SON XƏBƏRLƏR

Erməni spiker: Mağazalarımızda Azərbaycan malları satılacaq

2025.09.11, 13:17
Erməni spiker: Mağazalarımızda Azərbaycan malları satılacaq

Ermənilərin əksəriyyəti Azərbaycan sərhədçisini görmək istəmir. Bu, pisdir, çünki biz qonşuyuq və zaman keçdikcə bu da aradan qalxacaq.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

“Ermənilər və azərbaycanlılar Moskvada birlikdə bizneslə məşğul olurlar, dostluq edirlər və bir-birlərinin ad gününə gedirlər, digər ölkələrdə də belədir”, - erməni spiker qeyd edib.

Onun sözlərinə görə, hər iki tərəfdə həssaslıq mövcuddur, lakin onlar üçün kommunikasiyaların mümkün qədər tez açılması prioritet və vacibdir: “Ermənilər və azərbaycanlılar bir-biri ilə ticarət edəcəklər, bizim vahid Ermənistan-Azərbaycan mal bazarımız olacaq. Mağazalarımızda Azərbaycan malları, Ermənistan malları isə Bakı və digər şəhərlərin mağazalarında olacaq. Bu, qaçılmazdır”.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar