SON XƏBƏRLƏR

Fatimə Atəşi Xiyavi Qarçaq həbsxanasında saxlanılmağa davam edir

2025.09.11, 13:25
Fatimə Atəşi Xiyavi Qarçaq həbsxanasında saxlanılmağa davam edir

Əlburz vilayətinin Kərəc şəhərində yaşayan Azərbaycan Milli Hərəkatının fəalı Fatimə Atəşi Xiyavi hazırda Qarçaq həbsxanasında cəza çəkir.

Gunaz.tv

“Abbas Lesani Information səhifəsi”nin məlumatına görə, 2024-ci ilin yanvarında Tehran, Kərəc, Ərdəbil, Təbriz, Rəşt, Xiyav (Meşginşəhr), Urmiya, İslamşəhr və Astara şəhərlərində ən azı 29 azərbaycanlı fəalla birlikdə təhlükəsizlik orqanları tərəfindən həbs edilən xanım Atəşi Xiyavi martdan sonra 800 milyon tümən girov qarşılığında müvəqqəti azad edilmişdi.

15 yaşından kiçik iki övladı olan 45 yaşlı xanım Atəşi Xiyavi 2025-ci il fevral 25-i bazar günü Evin Prokurorluğuna çağırılaraq həbs olundu və 2 illik cəzasını çəkmək üçün Tehranın Evin həbsxanasına köçürüldü.

O, bu il iyulun 22-də İsrailin Evin həbsxanasına hücumundan sonra digər qadın siyasi məhbuslarla birlikdə Qarçaq həbsxanasına köçürülüb və uzun müddət bu həbsxanada qeyri-insani şəraitdə saxlanılaraq yaxınlarının ziyarətindən məhrum edilib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar