SON XƏBƏRLƏR

Universitet professoru: Urmu gölünün quruması nəticəsində milyonlarla insanın sağlamlığı və yaşayışı risk altındadır

2025.09.16, 14:18
Universitet professoru: Urmu gölünün quruması nəticəsində milyonlarla insanın sağlamlığı və yaşayışı risk altındadır

Urmu gölünün quruması nəticəsində milyonlarla insanın sağlamlığı və yaşayışı risk altındadır.

Gunaz.tv

Bunu Beynəlxalq Seysmologiya və Zəlzələ Mühəndisliyi İnstitutunun professoru Mehdi Zare deyib.

Mehdi Zare Urmiya gölünün suyunun həcminin 1995-ci ildəki səviyyəsi ilə müqayisədə 98 faizdən çox azaldığını bildirib.

"Bu il ölməkdə olan göllə bağlı bədbəxt proqnoz reallığa çevrildi.Yaxın Şərqdəki bu ən böyük şoran gölün quruması səmərəsiz idarəetmənin, körpülərin və keçidlərin tikintisi kimi insan müdaxiləsinin və onu qidalandıran çaylarda 40-dan çox bəndin tikintisinin nəticəsidir." - deyə o bildirib.

O, gölün tarixən yerli iqlimin tənzimlənməsində, yayı sərin, qışın isti keçməsində, regional yağıntıların normalarına təsir göstərməsində mühüm rol oynadığını qeyd edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar