SON XƏBƏRLƏR

Azərbaycan və Türkiyə ilə sülh prioritetdir - Rubinyan

2025.09.22, 15:34
Azərbaycan və Türkiyə ilə sülh prioritetdir - Rubinyan

Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan NATO Parlament Assambleyasının sessiyasında Azərbaycanla sülh sazişinin tezliklə imzalanmasına və ratifikasiyasına ümid etdiyini bildirib.

Gunaz.tv

O, Türkiyə ilə münasibətlərin normallaşdırılmasının prioritet olaraq qaldığını, İrəvanın dərhal diplomatik əlaqələr qurmağa və sərhədləri açmağa hazır olduğunu vurğulayıb.

Rubinyanın fikrincə, Ermənistan təhlükəsizlik sistemini diversifikasiya etməyi hədəfləyir və Şərqlə Qərb arasında tranzit qovşağına çevrilə bilər. O, avqustun 8-də Vaşinqtonda Amerikanın dəstəyi ilə Ermənistan və Azərbaycan liderlərinin sülh bəyannaməsi imzaladığını, dövlətlərarası münasibətlərin qurulmasına dair sazişi parafladığını xatırladıb və bunu regionda sabitliyə doğru tarixi addım adlandırıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar