SON XƏBƏRLƏR

Güney Azərbaycanın 3 şəhərində aksiya keçirilib

2025.09.23, 12:06
Güney Azərbaycanın 3 şəhərində aksiya keçirilib

Həmədan, Zəncan və təbrizli təqaüdçülər yenidən etiraz eyləmi keçiriblər

Gunaz.tv

İran Telekommunikasiya (rabitə) Şirkətinin azərbaycanlı təqaüdçüləri sentyabrın 22-də yenidən ənənəvi həftəlik etiraz eyləmi keçiriblər.

Məlumata görə, təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.

Tələblərini əks etdirən plakatlar qaldıran təqüdçülər Rabitə Nazirliyinin rabitə şirkətlərindəki səhmdarları dəstəklədiyini, işçi və təqaüdçülərin hüquqlarının pozulmasına göz yumduğunu bildiriblər.

Qeyd edək ki, təqaüdçülər 3 ildən çoxdur eyni tələblərlə eyləm keçirmələrinə baxmayaraq onların problemləri həll olunmamış qalır.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar