SON XƏBƏRLƏR

Sanksiyalar İranın xalça ixracını iflic edib

2025.09.25, 14:26
Sanksiyalar İranın xalça ixracını iflic edib

İranın bir zamanlar çox dəyərli olan əldə toxunmuş xalçaları sanksiyalar səbəbindən artıq əvvəlki kimi satılmır.

Gunaz.tv

Bu barədə "Agence France-Presse" məlumat yayıb.

AFP-nin məlumatına görə, bu sahə1990-cı illərin əvvəllərində 2 milyard dollardan çox ixrac gəliri əldə edirdi, lakin indi 40 milyon dollara çatmaqda çətinlik çəkir. Bu 95 faizdən çox azalma deməkdir.

2018-ci ildə Amerikanın İrana qarşı sanksiyaları bərpa etməsi xalçaların əsas ixrac istiqamətlərindən biri olan Amerikaya çıxışı məhtudlaşdırıb.

Məlumata görə, ötən il İran 55 ölkəyə xalça ixrac edib. Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Yaponiya və Çin əsas ixrac istiqamətləri arasındadır.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar