SON XƏBƏRLƏR

Türkiyə və Amerika arasında nüvə əməkdaşlığı memorandumu imzalanıb

2025.09.26, 11:28
Türkiyə və Amerika arasında nüvə əməkdaşlığı memorandumu imzalanıb

Türkiyə və Amerika arasında nüvə əməkdaşlığı memorandumu imzalanıb.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar paylaşım edib.

Nazir bildirib ki, Türkiyə ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Mülki Nüvə Əməkdaşlığı Anlaşma Memorandumu imzalanıb.

Nazirin sözlərinə görə, imzalanan sənəd iki ölkə arasında mülki nüvə enerjisi sahəsində əməkdaşlığın gücləndirilməsini və gələcəkdə ortaq layihələrin həyata keçirilməsini nəzərdə tutur.

Bayraktar əlavə edib ki, bu əməkdaşlıq Türkiyənin enerji təhlükəsizliyi və dayanıqlı inkişaf hədəflərinə mühüm töhfə verəcək.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar