SON XƏBƏRLƏR

Qonaqqıran kəndinin adı kəndin giriş lövhəsindən silinib

2025.09.29, 15:29
Qonaqqıran kəndinin adı kəndin giriş lövhəsindən silinib

Ərdəbil şəhərinin Qonaqqıran kəndindən əldə edilən görüntülərə görə, bu kəndin giriş lövhəsi rayon rəhbərliyi tərəfindən silinib və bu, sakinlərin etirazına səbəb olub.

Gunaz.tv

Hələ 2022-ci ildə Qonaqqıran kəndinin bir qrup sakini kəndin ilkin adının qorunub saxlanması və onun təhrif edilməsinin qarşısını almaq üçün öz etirazlarını bildirmişdilər.

Uuzun illərdir ki, rejim Güney Azərbaycanda tarixi yer adlarını dəyişməyə, onları farsca adlarla əvəzləməyə çalışır. Ərdəbildə buna misal kimi Qalacıq (Qəla-e-Cuq), Himəlavar (Həmlabad), Xoşqəri (Xaşk-e-Rud), Ağmayan (Əmuqeyn), Çanaqbulaq (Canaqerd), Qonaqqıran (Ruyindəzəq) kəndlərini göstərmək olar.

Azərbaycanlı milli fəallar bu addəyişmə siyasətinə etiraz olaraq “Öz Yurdum, öz Adım” adlı kampaniya başlatmış və rejimin təhrif siyasətinə etirazlarını bildirmişdilər.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar