SON XƏBƏRLƏR

Amerika Senatına Rusiya aktivlərinin Ukraynaya verilməsini nəzərdə tutan qətnamə təqdim edilib

2025.10.01, 11:26
Amerika Senatına Rusiya aktivlərinin Ukraynaya verilməsini nəzərdə tutan qətnamə təqdim edilib

Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya aylıq 10 milyard dolların köçürülməsini təklif edən qətnamə layihəsi Amerika Senatına təqdim edilib.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, qətnamə əsasən hökumətin icraedici qolu G7 və Avropa İttifaqının liderlərini Rusiyanın aktivlərini ayda ən azı 10 milyard dollarlıq tranşlarla Ukraynaya köçürməyə çağırıb.

Qətnamənin müəllifləri Amerika senatoru Con Kennedi, Riçard Blumental, Lindsi Qrem və Şeldon Uaythausdur.

Sənədin mətni hələlik ictimaiyyətə açıqlanmayıb. Qanun layihəsi baxılması üçün Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə təqdim edilib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar