SON XƏBƏRLƏR

Oman İrandan mineral su idxalına qadağa qoyub

2025.10.02, 12:58
Oman İrandan mineral su idxalına qadağa qoyub

Oman hakimiyyəti İrandan mineral suyun idxalını qadağan etdiklərini açıqlayıb. Qərar iki nəfərin İran mineral suyunu içməsi nəticəsində ölməsindən sonra verilib.

Gunaz.tv

Polisin məlumatına görə, zəhərlənmənin mənbəyi İranın “Uranus Star” markasının suyu olub.

Oman səlahiyyətliləri nümunələr və laboratoriya testləri toplayaraq suyun çirklənməsini təsdiqləyiblər.

Eyni zamanda Omanın səhiyyə orqanları İran brendindən olan məhsulların bazardan çıxarılmasına göstəriş verib.

Oman polisi vətəndaşları və sakinləri “Uranus Star” suyundan istifadə etməkdən çəkinməyə və bu cür məhsullar barədə müvafiq orqanlara məlumat verməyə çağırıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar