SON XƏBƏRLƏR

Amerika və Ermənistan Vaşinqton razılaşmalarının icrasına başlayıb

2025.10.03, 12:15
Amerika və Ermənistan Vaşinqton razılaşmalarının icrasına başlayıb

Amerikanın Gömrük və Sərhəd Mühafizəsi Xidməti Ermənistanın sərhəd qüvvələri ilə birlikdə sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi sahəsində investisiya tələb edən istiqamətləri dəqiqləşdirərək, analitik metodologiya hazırlayacaq.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə Amerikanın Ermənistandakı səfirliyinin məlumatında deyilir.

Qeyd olunub ki, bu işlər avqustun 8-də Vaşinqtonda Amerika, Azərbaycan və Ermənistan liderləri arasında əldə edilmiş razılaşmalar çərçivəsində həyata keçiriləcək.

"Amerika Gömrük və Sərhəd Mühafizəsi Xidmətinin komandası 29 sentyabr-11 oktyabr tarixlərində Ermənistan sərhəd qüvvələri ilə birlikdə "Boşluqların/imkanların analizi" prosesi vasitəsilə imkanları qiymətləndirəcək və təkmilləşdirilməsi tələb olunan istiqamətləri müəyyən edəcək. Digər yerlərdə uğurla tətbiq edilmiş bu analitik metodologiya sərhəd təhlükəsizliyini gücləndirməyə kömək edəcək", - məlumatda bildirilib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar