SON XƏBƏRLƏR

Suğurluda Milli marş Səslənir; Əsrlik saxtakarlıq və təhrif Azərbaycan xalqını susdura bilmədi

2025.10.11, 13:40
Suğurluda Milli marş Səslənir; Əsrlik saxtakarlıq və təhrif Azərbaycan xalqını susdura bilmədi

Azərbaycanın tanınmış sənədli filmi rejissoru Məhəmməd Əlimoradi Tikantəpənin Suğurlu bölgəsindən Azərbaycan Milli marşının ifa edilməsinin videosunu yaymaqla bir daha Güney Azərbaycan türk xalqının tarixi irsinin təhrif edilməsi və özgəninkiləşdirilməsi məsələsini xatırladıb.

Gunaz.tv

Videonun təsvirində Məhəmməd Əlimoradi yazıb: "Yüz illik təhrif və saxtakarlıq Azərbaycan xalqının səsini susdura bilmədi. Dəmir dövründən qalan Suğurlu sivilizasiyası tarixi Atəşkədə adı ilə özgəninkiləşdirildi. Amma bu gün Azərbaycan xalqı bir daha öz haqq səsini ucaldır:"

Suğurlunun tarixi keçmişinə və türk kimliyinə toxunan azərbaycanlı sənədli film rejissoru Suğurlunun Azərbaycan türklərinin sivilizasiya irsinin bir parçası olduğunu bir daha xatırladıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar