SON XƏBƏRLƏR

Salar Aqapur Asiyada ilin futzal oyunçusu seçilib

2025.10.17, 13:21
Salar Aqapur  Asiyada ilin futzal oyunçusu seçilib

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində 2025-ci ilin Asiya futbol və futzalının ən yaxşılarının seçilməsi mərasimi keçirilib. Urmiyadan olan Azərbaycan türkü Salar Aqapur Asiyada ilin futzal oyunçusu seçilib.

Gunaz.tv

Salar Aqapur İran millisində və Goharzamin Sircan klubunda parlaq oyunu ilə ekspertlərin və AFC seçicilərinin diqqətini çəkib.

Gənc ulduz əvvəllər futzalın qızıl oğlanı adını qazanaraq adını ilk Azərbaycan türkü kimi futzal dünyasının xüsusi istedadları sırasında qeydə almışdı.

Qeyd edək ki, idmançının İspaniyanın “Malyorka Palma” komandasında çıxış tarixi də var.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar