SON XƏBƏRLƏR

Ərdoğan Küveytə yola düşüb

2025.10.21, 11:50
Ərdoğan Küveytə yola düşüb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Küveytə rəsmi səfərə gedib.

Gunaz.tv

Ərdoğan bu gün səhər saatlarında İstanbulun Atatürk hava limanından Küveytə yola düşüb. Bu səfər çərçivəsində Türkiyə prezidenti Küveyt əmiri Şeyx Əhməd Əl-Cabir Əl-Sabah ilə görüşəcək.

Türkiyə Prezidentinin Kommunikasiya İdarəsinin rəhbəri Burhanuddin Duran dünən verdiyi açıqlamada, prezident Rəcəb Tayyib Ərdoğanın Küveyt, Qətər və Oman dövlət başçılarının dəvəti ilə 2025-ci il oktyabrın 21, 22 və 23-də üç ölkəyə rəsmi səfər edəcəyini bildirib.

Duran sosial media hesabından verdiyi mesajda bunları bildirib: "Bu səfərlər çərçivəsində adı çəkilən ölkələrlə ikitərəfli münasibətlərin bütün aspektləri araşdırılacaq və mövcud əməkdaşlığın inkişafı üçün lazımi tədbirlər görüləcək. Həmçinin görüşlər zamanı regional hadisələrlə yanaşı, beynəlxalq məsələlər də mübadiləsi aparılacaq".

Duranın sözlərinə görə, bu səfərlər zamanı ikitərəfli münasibətlərin hüquqi əsaslarının möhkəmləndirilməsi üçün bir sıra sazişlərin imzalanması da gündəmdədir

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar