SON XƏBƏRLƏR

Rəsmi: İsfahanda içməli su qıtlığı yarana bilər

2025.10.23, 14:10
Rəsmi: İsfahanda içməli su qıtlığı yarana bilər

İsfahanda 45 gün ərzində içməli su qıtlığı yarana bilər.

Gunaz.tv

Bunu İranın Əmək Xəbər Agentliyinə (ILNA) müsahibəsində İsfahan Şəhər Şurasının rəhbəri Məhəmməd Nursalehi deyib.

O, ölkədə əsas su mənbələrindən olan Zayandehrud su bəndində suyun səviyyəsinin kritik həddə qədər azaldığını bildirib.

“Mövcud durum davam edərsə, yaxın 45 gün ərzində vətəndaşların içməli su istehlakı belə risk altında olacaq” - deyə o bildirib.

Nursalehinin sözlərinə görə, bənd qəbul etdiyindən bir neçə dəfə çox su buraxır və buraxılan su İsfahanın əsas təmizləyici qurğusuna belə gedib çatmır. Bunun səbəbi suyun böyük bir hissəsinin həm qanuni, həm də qeyri-qanuni yollarla artırılmış borular vasitəsilə başqa istiqamətlərə yönləndirilməsidir.

O xəbərdarlıq edib ki, İsfahan, Yəzd, Çaharmahal, Bəxtiyari və Qum əyalətlərində beş milyondan çox insan içməli, kənd təsərrüfatı və sənaye məqsədli su istehlakı üçün Zəyəndəhruddan asılıdır.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar