SON XƏBƏRLƏR

Bağır Xanın Tarixi Evi dağılma həddindədir

2025.10.29, 12:16
Bağır Xanın Tarixi Evi dağılma həddindədir

İran hakimiyyətinin səhlənkarlığı nəticəsində, "Salar Milli" kimi tanınan Bağır Xanın tarixi evi zibilxanaya və narkomanların toplandığı yerə çevrilib və tamamilə dağılmaq üzrədir.

Gunaz.tv

Bağır Xanın evi Qacar Türklərinin yadigarıdır və Təbrizin "Balahamam" məhəlləsində yerləşir. Son üç ildə bu tarixi evin bəzi hissələri Təbriz Bələdiyyəsi tərəfindən satın alınmışdır, lakin Təbriz meri Yaqub Hoşyarın sözlərinə görə, "Şərqi Azərbaycan Vilayətinin Mədəni İrs İdarəsindən büdcə ayrılmaması" səbəbindən bərpa işləri yarımçıq qalmışdır.

Yaranmış durumla bağlı Güney Azərbaycan mediasının üzvləri Təbrizin Həşt Bələdiyyəsindən və Şərqi Azərbaycan Mədəni İrs idarəsindən bu məsələ ilə bağlı inandırıcı izahat tələb edirlər.

 

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar