SON XƏBƏRLƏR

Ukrayna kəşfiyyatı hərbi cinayətlərdə ittiham etdiyi Rusiya OMON-un zabitini zərərsizləşdirib

2025.10.29, 14:52
Ukrayna kəşfiyyatı hərbi cinayətlərdə ittiham etdiyi Rusiya OMON-un zabitini zərərsizləşdirib

Ukraynanın hərbi cinayətlərdə ittiham etdiyi Venyamin Mazjerin Kemerovo vilayətində avtomobil partlayışı nəticəsində ölüb.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Kəşfiyyatı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, polis polkovnik-leytenantı Mazjerin Kemerovo vilayətinin Rosqvardiya tabeçiliyindəki OMON “Obereq” xüsusi təyinatlı bölməsində xidmət edib.

Bildirilib ki, “Obereq” bölməsi Kiyev vilayətində törədilən hərbi cinayətlərdə iştirak edən” “Rosqvardiya”nın bölmələrindən biridir.

Hərbi Kəşfiyyatının məlumatında o da bildirilir ki, “Ukrayna xüsusi xidmətləri “Obereq”dən olan hərbi cinayətkarların şəxsiyyətini 2022-ci ilin aprel ayında müəyyən edib və həmin şəxslərin ədalətli şəkildə cəzalandırılması üçün tədbirlər planlaşdırıb”.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar