SON XƏBƏRLƏR

Ermənistan Hindistandan milyard dollarlıq təyyarələr alacaq

2025.10.30, 14:38
Ermənistan Hindistandan milyard dollarlıq təyyarələr alacaq

İrəvan Nyu-Delhi ilə "Su-30" qırıcı təyyarələrinin alınması barədə danışıqlar aparır. Təyyarələrin tədarükünün 2027-ci ildə başlayacağı gözlənilir.

Gunaz.tv

Günaz TV "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə "Indian Defense" yazıb.

Məlumatda bildirilir ki, tərəflər arasında müvafiq danışıqlar aparılır. Sövdələşmə bağlanmaq üzrədir.

Gözlənildiyinə görə, Ermənistan ümumən 2.5-3 milyard dollarlıq 8-12 təyyarə alacaq.

Söhbət "Su-30MKİ"nin daha çox Hindistan istehsalı olan sistemlərlə yenilənmiş modifikasiyasından gedir. Üstəlik, qırıcı təyyarələrin komponentlərinin əhəmiyyətli hissəsi Rusiyadan tədarük ediləcək.

İlkin məlumata görə, təyyarələrin tədarükü 2027-ci ildə başlayacaq, 2029-cu ildə isə başa çatacaq.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar