SON XƏBƏRLƏR

Amerika və Hindistan müdafiə sahəsində çərçivə sazişi imzalayıb

2025.10.31, 11:59
Amerika və Hindistan müdafiə sahəsində çərçivə sazişi imzalayıb

Amerika və Hindistan müdafiə sahəsində əməkdaşlıq üzrə çərçivə sazişi imzalayıb.

Gunaz.tv

Bu barədə Pentaqon rəhbəri Pit Heqset "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Mən indi Racnat Sinqh (Hindistanın müdafiə naziri - red.) ilə Amerika və Hindistan arasında müdafiə sahəsində əməkdaşlıq üzrə 10 illik çərçivə sazişini imzalamaq üçün görüşdüm. Bu, regional sabitliyin təməl daşı olan müdafiə tərəfdaşlığımızı gücləndirir. Biz koordinasiyamızı, məlumat mübadiləsini və texniki əməkdaşlığı təkmilləşdiririk. Müdafiə əlaqələrimiz heç vaxt belə möhkəm olmamışdı", - o qeyd edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar