SON XƏBƏRLƏR

Təbriz Ticarət Palatasının prezidenti Azərbaycana qarşı ikili münasibətdən şikayətlənib

2025.10.31, 13:31
Təbriz Ticarət Palatasının prezidenti Azərbaycana qarşı ikili münasibətdən şikayətlənib

Təbriz Ticarət Palatasının prezidenti Yunus Jalə İran hökumətinin nəinki Azərbaycana heç bir investisiya qoymadığını, həm də Azərbaycanın mədənlərini talan edərək ölkənin farsdilli bölgələrinə köçürdüyünü bildirib.

Gunaz.tv

Bu barədə Yunus Jalə ölkənin Vergi İşləri Təşkilatının rəhbərinin iştirakı ilə keçirilən hökuməti-özəl sektor dialoq şurasının iclasında bildirib.

“Şərqi Azərbaycana investisiya qoyan yeganə sektor özəl sektordur və bizdə Mübarəkə Steel kimi müəssisələr yoxdur və sahib olduğumuz Süngün mədəni isə Kirmanın xidmətindədir. Üstəlik özəl sektorun doxsan faizi də Vergi İşləri Təşkilatının fəaliyyətindən məmnun deyil.” - deyı o bildirib.

Vərzəğanin Süngün mis mədəni Yaxın Şərqdəki ən böyük mis mədənidir və İranın mis istehsalının 60 faizi bu mədənin hesabına qarşılanır. Rejim misi Azərbaycandan çıxarsa da filizin torpaqdan ayrılması əməliyyatını Azərbaycanda yox, uzaq Kirmanda həyata keçirir. Nəticədə Azərbaycan xammal bazası kimi qalmağa davam edir, ancaq Azərbaycandan əldə edilən xammal hesabına ölkənin farsdilli bölgələrində sənayeləşmə inkişaf edir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar