SON XƏBƏRLƏR

Hüseyn Əmani Nadarlı Şəbistər şəhər polis idarəsinə çağırılıb

2025.11.04, 12:27
Hüseyn Əmani Nadarlı Şəbistər şəhər polis idarəsinə çağırılıb

Azərbaycanlı fəal Hüseyn Əmani Nadarlı 3 noyabr 2025-ci il tarixində şəxsi nömrədən telefon zəngi və rəsmi SMS aldıqdan sonra Şəbistər şəhər polis idarəsinə çağırılıb.

Gunaz.tv

Fəal, təhlükəsizlik orqanlarına aid edilən şübhəli zəngin və alınan mesajın ekran görüntüsünü paylaşaraq bölməyə çağırıldığını bildirib.

Xəbər hazırlanan vaxta qədər bu çağırışın dəqiq səbəbi və təfərrüatları müəyyən edilməyib.

Qeyd etmək lazımdır ki, Hüseyn Əmani əvvəllər də təhlükəsizlik orqanları tərəfindən zənglərə və çağırışlara məruz qalıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar