SON XƏBƏRLƏR

İran 841 milyon dollar təzminat ödəməyə məhkum edilib

2025.11.05, 10:01
İran 841 milyon dollar təzminat ödəməyə məhkum edilib

Amerikanın Kolombiya ştatının federal məhkəməsi İran hökumətini 36 şikayətçi və zərərçəkənə ümumilikdə 841 milyon dollar ödəməyə məhkum edib.

Gunaz.tv

Bu haqda Amerika, Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məhkəmə İranı İraqda baş verən bir neçə terror hücumu nəticəsində meydana gələn zərər və itkilərə görə günahkar elan edib.

“Məhkəmə qəbul edir ki, təzminat nə qədər böyük olsa da, bu işdə qurbanların İranın və onun dəstəklədiyi terrorçu qrupların mənfur hərəkətləri nəticəsində itirdiklərini heç bir məbləğ bərpa edə bilməz”,- ABŞ-nin Kolombiya ştatının bölgə hakimi Randolp D. Moss 12 səhifəlik qərarında yazıb.

Mossun sözlərinə görə, İran hökuməti Zərqavi və Ənsar əl-İslam təşkilatlarına geniş maddi dəstək verməklə 2003-2017-ci illər arasında İraqda bir neçə terror hücumunun həyata keçirilməsinə kömək edib.

Məhkəmə qərbi Ənbar əyalətində yaxın qohumları yaralanan və ya öldürülən 36 iddiaçıya təxminən 420,7 milyon dollar kompensasiya və 420,7 milyon dollar cəza təzminatının ödənilməsi barədə qərar qəbul edib.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar