SON XƏBƏRLƏR

Ruhani edam edilsin - Millət vəkili

2025.11.06, 13:59
Ruhani edam edilsin - Millət vəkili

Xalq səbirsizliklə məhkəmənin Həsən Ruhani barəsində edam hökmü çıxarmasını, onun boynuna kəndir salınıb edam edilməsini gözləyir.

Gunaz.tv

Bunu Tehranın millət vəkili Kamran Qəzənfəri deyib.

Sərt xətt tərəfdarı, mühafizəkar olan millət vəkili, Ruhaninin hökuməti tənqid etməsini həyasızlıq adlandırıb:

"İndi bu həyasız və təkəbbürlü insanın dili uzanıb və hökumətdən hesab soruşur. Məhkəmə bunu sistemə qarşı təxribat ittihamına görə mühakimə edib və barəsində bir neçə dəfə edam hökmü çıxarmalıdır".

Qeyd edək ki, bu, Həsən Ruhaninin İranın nüvə proqramı və Rusiya ilə münasibətlərini tənqid etməsindən sonraya təsadüf edir.

Keçmiş prezident və onun komandasının son bəyanatlarından sonra sərt xətt tərəfdarlarının, o cümlədən İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın onlara qarşı hücumları artıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar