SON XƏBƏRLƏR

Ermənilərin növbəti sayıqlaması

2021.10.20, 07:36
Ermənilərin növbəti sayıqlaması

Gunaz.tv
Ermənilərin növbəti sayıqlaması Son vaxtlar ermənilər qədim Naxçıvana qarşı iddialarını daha yüksək səviyyələrdə dilə gətirirlər. Dağlıq Qarabağ problemi ətrafında sülh danışıqlarının aparıldığı bir vaxtda ermənilərin bu sərsəm iddiaları, beynəlxalq aləmdə də təəccüblə qarşılanır. Ermənistan prezidenti Serj Sarkisiyan Yerevana gələn bir qrup avropalı gənclə görüşündə bildirib ki, guya, Naxçıvan da, Dağlıq Qarabağ da Azərbaycana Sovet Dönəmində pay verilib. Onun dediyinə görə, 1920-ci illərdən sonra Azərbaycanda hərc-mərclik hökm sürüb və ölkə müstəqilliyə meyilli olub. Ona görə də Sovet İttifaqının tərkibindən çıxmaması üçün Naxçıvan və Dağlıq Qarabağ Stalin tərəfindən Azərbaycana «hədiyyə» olunub. Sarkisiyanın çox gülməli görünən bu fikirlərinin tipik erməni xislətindən qaynaqlandığı şübhəsizdir. Çünki tarixdən az da olsa məlumatı olan bilir ki, Dağlıq Qarabağ və Naxçıvan, Xalq Cümhuriyyəti dönəmində də, ondan sonra da Azərbaycanın tərkibində olub. Ehtimal ki, Qarabağdan sonra Naxçıvanı işğal edə bilmədikləri üçün məyus olan ermənilər sərsəm fikirlər səsləndirməklə özlərinə təsəlli verməyə çalışırlar. Belə sayıqlamalarla çıxış edən erməni ekspertlər də az deyil. Onlardan biri, son vaxtlar Cavaxetiya ətrafında cərəyan edən hadisələri təhlil edərkən deyib ki, bizim iki yolumuz var - ya Cavaxetiyanın müstəqillik qazanmasına nail olmalıyıq, ya da Naxçıvan kimi onu da birdəfəlik itirməlyik. Əlbəttə ki, ermənilər qədim Naxçıvanı heç vaxt işğal edə bilməyəcəklər. Bu reallığı dərk edən mənfur qonşularımız dərhal sayıqlamağa başlayır. Ermənistan prezidenti Sarkisiyan kimi...

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar