SON XƏBƏRLƏR

KİV: Amerikanın Ukrayna üzrə yeni “sülh planı” hələlik real görünmür

2025.11.20, 12:18
KİV: Amerikanın Ukrayna üzrə yeni “sülh planı” hələlik real görünmür

Amerikanın Ukrayna müharibəsini dayandırmaq üçün hazırladığı yeni sülh planı ciddi struktur zəifliklərinə görə reallığa davam gətirməyə bilər.

Gunaz.tv

Bu barədə “The Telegraph” qəzeti yazıb.

Qəzetin məlumatına görə, Amerika administrasiyasının hazırladığı təkliflər paketi Ukrayna Silahlı Qüvvələrinin bütün Donbas bölgəsindən, Rusiya tərəfinin isə Zaporojye və Xerson vilayətlərində tutduğu bəzi ərazilərdən çıxarılması, Ukrayna ordusunun sayının və döyüş qabiliyyətinin azaldılması və ən nəhayət, Amerikanın Ukraynaya müdafiə zəmanəti verməsi kimi müddəaları nəzərdə tutur.

Qəzetin analitiki Deniel DePetrisin fikrincə, planın ən böyük problemi — Vaşinqtonun Kiyevə verə biləcəyi təhlükəsizlik zəmanətlərinin etibarlılığıdır.

DePetris hesab edir ki, Vaşinqtonun Kiyevə təqdim edəcəyi təhlükəsizlik təminatı planın ən zəruri, eyni zamanda, ən zəif hissəsidir. Analitik yazır ki, Amerikanın belə bir öhdəliyi icra etmə ehtimalı “son dərəcə aşağı” olduğundan, zəmanət Ukraynanın narahatlıqlarını aradan qaldırmağa kifayət etməyə bilər.

Amerikanın zəmanət mexanizminin əsas məqsədi Ukraynanın digər ağır bəndlərə dair etirazlarını yumşaltmaq və Rusiyanın yaxın gələcəkdə müharibəni yenidən başlatmasının qarşısını almaqdır. Lakin analitik xəbərdarlıq edir ki, planın siyasi və hərbi reallıqlarla uzlaşmaması onun icrasını şübhə altına alır.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar