SON XƏBƏRLƏR

Hakimiyyət orqanlarının iddialarının əksinə olaraq, Qaradağda meşə yanğını davam edir

2025.11.25, 14:10
Hakimiyyət orqanlarının iddialarının əksinə olaraq, Qaradağda meşə yanğını davam edir

Dünən gecə Şərqi Azərbaycanın Ətraf Mühitin Mühafizəsi idarəsinin baş direktoru Məhəmməd Hüseyn Həsənzadə Qaradağdakı meşə yanğınının "məhdudlaşdırıldığını və vəziyyətin əsasən sabit olduğunu" iddia etsə də, bu səhər bölgə əhalisi və yerli media sosial mediada şəkillər yayımlayaraq yanğının davam etdiyini bildirib.

Gunaz.tv

Məhəmməd Hüseyn Həsənzadənin sözlərinə görə, yanğınlar zamanı təxminən 100 hektara qədər meşə zolağı və otlaq sahə tamamilə yanıb.

Bölgə sakinləri ilk iki gün ərzində yanğın barədə dəfələrlə məsul qurumlara məlumat vediklərini bildiriblər. Ancaq qurumlar yanğının qarşısını almaq üçün gərəkli tədbirləri görməkdə gecikiblər.

Bu səbəbdən yerli sakinlərdən çox sayda könüllü ilkin olaraq yanğınla mübarizə aparmağa çalışsalar da uyğun təchizata sahib olmadıqlarına görə buna müvəffəq olmayıblar.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar