SON XƏBƏRLƏR

Tramp: Komandam müharibənin dayandırılması istiqamətində böyük irəliləyiş əldə edib

2025.11.26, 11:33
Tramp: Komandam müharibənin dayandırılması istiqamətində böyük irəliləyiş əldə edib

Amerika Prezidenti Donald Tramp son bir həftə ərzində Rusiya və Ukrayna arasında müharibənin dayandırılması ilə bağlı danışıqlarda “böyük irəliləyiş” əldə olunduğunu bildirib.

Gunaz.tv

Ağ Ev rəhbəri bu barədə Truth Social hesabında yazıb.

“Son bir həftədə komandam müharibənin dayandırılması məsələsində böyük nəticəyə nail olub. Mən xüsusi nümayəndəm Stiv Uitkoffa Moskvada prezident Putinlə görüşməyi tapşırdım. Eyni zamanda, ordu naziri Den Driskoll ukraynalı tərəfdaşlarla danışıqlar aparacaq”, - Tramp qeyd edib.

Amerika Prezidenti ən yaxın zamanda həm Volodimir Zelenski, həm də Vladimir Putinlə görüşmək istədiyini vurğulayıb:

“Bu görüş yalnız o halda baş tutacaq ki, müharibənin başa çatdırılmasına dair razılaşma tam şəkildə hazır olsun və ya son mərhələyə daxil olsun”.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar