SON XƏBƏRLƏR

Durnalar Yuvası araneasında Urmu gölünə dəstək şüarları səsləndirilib

2025.11.27, 12:24
Durnalar Yuvası araneasında Urmu gölünə dəstək şüarları səsləndirilib

26 noyabr 2025-cü ildə Qərbi Azərbaycanın Urmiya şəhərindəki Durnalar Yuvası Stadionunda keçirilən Urmiya Bələdiyyəsinin voleybol oyunu zamanı Urmiya azarkeşləri gölün kritik vəziyyətinə etiraz olaraq şüarlar səsləndiriblər.

Gunaz.tv

Tamaşaçılar Urmiya Gölünün kritik vəziyyətinə etirazlarını bildirmək üçün "gəlin gedək ağlayaq, Urmu gölün dolduraq", " Urmu gölü can verir, məclis onun qətlinə fərman verir" kimi şüarlar səsləndiriblər.

Bundan başqa oyun zmanı "türk dilində mədrəsə, olmalıdır hər kəsə", "Azərbaycan var olsun, istəməyən kor olsun" kimi şüarlar da səsləndirilib.

Xatırladq ki, Ətraf mühit üzrə mütəxəssislərin fikrincə, Urmiya Gölünün Quruması bu ərazinin 14 milyondan çox sakininin həyatını təhlükəyə atır və bu bölgə sakinlərinin məcburi köçünə səbəb olacaq.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar