SON XƏBƏRLƏR

Ermənistan və İsrail Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

2025.11.27, 15:26
Ermənistan və İsrail Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan Qüdsdə İsrailin Xarici İşlər Nazirliyinin baş direktoru Eden Bar Tal ilə görüşüb.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri bu ölkənin xarici işlər nazirliyinə istinadən məlumat yayıb.

Görüş zamanı tərəflər Cənubi Qafqaz və Yaxın Şərqdəki cari proseslər barədə fikir mübadiləsi aparıblar.

"Eyni zamanda Vaan Kostanyan və Eden Bar Tal iki ölkə arasında münasibətlərin aktivləşdirilməsinə hazır olduqlarını vurğulayıblar. Yüksək texnologiyalar, tibb, kənd təsərrüfatı və turizm sahələri qarşılıqlı maraq doğuran və əməkdaşlıq üçün ən böyük potensiala malik sahələr kimi seçilib", - məlumatda qeyd olunub.

Səfər çərçivəsində Ermənistan və İsrail XİN-ləri 12-ci siyasi məsləhətləşmələr keçiriblər.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar