SON XƏBƏRLƏR

NASA Urmu gölünün yeni peyk görüntüsünü yayıb

2025.11.29, 12:59
NASA Urmu gölünün yeni peyk görüntüsünü yayıb

NASA Urmu gölünün yeni peyk görüntüsünü yayıb, görüntülərdə bölgənin düçar olduğu ağır ekoloji mənzərə aydın görünür.

Gunaz.tv

İran rəsmilərinin diqqətsizliyi nəticəsində Urmu gölü tamamilə məhv olub, bunun fonunda rejim Oman dənizindən ölkənin farsların yaşadığı əyalətlərinə suyun köçürülməsi ilə bağlı iri layihələr həyata keçirir.

Ekoloji mütəxəssislərin fikrincə, Urmu gölünün quruması bu ərazinin 14 milyondan çox sakininin həyatını təhlükəyə atır və bu Azərbaycan xalqının məcburi köçünə səbəb olacaq.

Urmu gölünün quruması və toz mərkəzlərinin aktivləşməsi nəticəsində yaranan duz fırtınalarının baş verməsi təkcə Azərbaycan xalqı üçün problem deyil, həm də beynəlxalq ekoloji təhlükədir.

 

Ş. A.

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar