SON XƏBƏRLƏR

ABŞ SEPAH generalını axtarışa verib

2025.12.25, 10:19
ABŞ SEPAH generalını axtarışa verib

ABŞ Təhqiqat Bürosu Seyyid Təvəkküli adlı İran vətəndaşını SEPAH-ın "Qüds" qüvvələri qanadı ilə bağlı fəaliyyətlərinə görə axtarışa verib.

Gunaz.tv

Bu barədə ABŞ FTB-nin bəyanatında bildirilib.

Məlumata görə, Təvəküli (General Əmmar) ləqəbi ilə tanınır və "Qüds" qüvvələrinin diviziya rəisi olub. O, müxaliflərə, jurnalistlərə, İsrail vətəndaşlarına, hazırkı və keçmiş Amerika rəsmilərinə qarşı gizli kəşfiyyat əməliyyatlarına və ölümcül hücumlara rəhbərlik etməkdə ittiham olunur.
ABŞ rəsmilərinin sözlərinə görə, Təvəkkülinin başçılıq etdiyi şəbəkə Avstraliya, Yunanistan, Almaniya və Meksika da daxil olmaqla bir neçə ölkədə terror aktları planlaşdırımağa çalışıb.

Federal Təhqiqat Bürosu onun harada olduğu barədə məlumatı olan hər kəsi yerli ofislə, yaxud ən yaxın ABŞ səfirliyi və konsulluğu ilə əlaqə saxlamağa çağırıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar