SON XƏBƏRLƏR

Tehranda etiraz aksiyaları başqa bölgələrə yayıldı- Siyasi şüarlar səsləndirilir

2025.12.29, 15:23
Tehranda etiraz aksiyaları başqa bölgələrə yayıldı- Siyasi şüarlar səsləndirilir

Bu gün günorta saatlarında başqa bir neçə yeridə başlayan etiraz aksiyası Tehranın Əmir Kəbir bölgəsində də başlayıb.

Gunaz.tv

Bu barədə yerli sosial media və xarici mənbələr məlumat yayıb.

İqisadi inflyasiya, hökumətin iqtisadi siyasətləri və dolların bahalaşmasına görə, minlərlə insanın küçələrə çıxdığı bildirilir.

"Bazari ölər, rəzaləti qəbul etməz" şüarları səsləndirən aksiyaçıların Tehranın "Böyük bazarı"na doğru getdikləri bildirilir.

Məlumatlara görə, bununla eyni vaxtda Tehranın "Böyük bazarı", Baharistan meydanı, Şuş meydanı, Əlaəddin bazarı və başqa yerlərdə keçirilən etiraz aksiyalarında "diktatora ölüm" şüarları səsləndirilir.

Tehranın "Böyük bazar"ında etirazçılarla hökumət məmurları arasında toqquşmaların baş verdiyi, məmurların geri çəkilərək aksiya yerini tərk etdikləri bildirilir.

Qeyd edək ki, aksiyalar İran pulunun dollar qarşısında kəskin bahalaşmasından sonra başlayıb. Hazırda hər 1 ABŞ dolları 140 min tüməni keçib. Narazılar, xüsusən i adamları bunu hakimiyyətin yanlış siyasətlərinin nəticəsi hesab edirlər.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar