SON XƏBƏRLƏR

İran Daxili İşlər Nazirliyi parlament brifinqində etirazları "iğtişaş" adlandırıb

2026.01.06, 12:32
İran Daxili İşlər Nazirliyi parlament brifinqində etirazları "iğtişaş" adlandırıb

İranın Daxili İşlər Nazirliyi parlamentə təqdim etdiyi hesabatda son etirazları "iğtişaş" adlandırıb və hesabatda etiraza çağırışların təxminən 85%-nin xarici platformalar vasitəsilə edildiyi bildirilib.

Gunaz.tv

Parlamentin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sözçüsü İbrahim Rezai bildirib ki, təhlükəsizlik üzrə daxili işlər nazirinin müavini Əli Əkbər Purcamşidian dediklərinə görə "iğtişaşçılar hökumət binalarını, eləcə də şəxsi və ictimai nəqliyyat vasitələrini dağıdıblar" və "yaralananların əksəriyyəti polis, təhlükəsizlik qüvvələri və Bəsic üzvləri olub."

Rezai bildirib ki, nazir müavini həmçinin komissiyaya təhlükəsizliyin təmin edildiyini və insidentlərin azaldığını deyib.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar