SON XƏBƏRLƏR

Tehranın demək olar ki, bütün əhaliyə nağd pul paylamaq planı

2026.01.06, 12:56
Tehranın demək olar ki, bütün əhaliyə nağd pul paylamaq planı

Tehran əhaliyə nağd pul paylamaq yolu ilə etirazların kəsərini azaltmağı hədəfləyir.

Gunaz.tv

Rəsmilər bildirirlər ki, ödənişlər əvvəllər zəruri malların idxalı üçün istifadə edilən subsidiyaların aradan qaldırılmasını kompensasiya etmək üçün nəzərdə tutulub və bu siyasət dəyişikliyi qiymətlərin daha da artmasına səbəb olub.

Plana əsasən, hökumət hər bir iranlıya aylıq bir milyon tümən (açıq bazar məzənnəsi ilə təxminən 7 dollar) dəyərində kuponlar verəcək.

Bəzi iqtisadçılar bu tədbirin məqsədinə çata biləcəyini şübhə altına alıblar.

5 yanvarda dərc olunmuş məqaləsində gündəlik Setareh Sobh qəzeti bu planı "iqtisadi qumar" adlandıraraq, keçmişdə oxşar səylərin qiymətləri sabitləşdirməkdə və ya ictimai etimadın bərpasında uğursuz olduğunu bildirib.

Qəzet qeyd edib ki, İran valyutası 1979-cu il inqilabından bəri, dolların yeddi tümənə satıldığı vaxtdan bəri, təxminən 20.000 faiz dəyər itirib.

Qəzet yazır ki, “bu devalvasiya həbslər, Qərbə və İsrailə qarşı düşmənçilik, pis idarəetmə və ekspertlərin parlamentdən və hökumətdən kənarlaşdırılması kimi siyasətlərin nəticəsidir”.

Hökumətin yeni yardımlar ayıracağı ilə bağlı xəbərlər yayılsa da sosial mediada insanların çoxunun buna məhəl qoymadığı görünür. İnsanlar qiymət artımını kütləvi etirazların çoxsaylı səbəblərindən yalnız biri hesab edirlər.

Sosioloq Tağı Azad Ərməki "Şərq" qəzetinə verdiyi açıqlamada etirazların "yığılan, həll olunmamış sosial və siyasi problemləri" əks etdirdiyini və iqtisadi çətinliklərin İran cəmiyyəti daxilində dərin bölünmələri üzə çıxardığını deyib.

İslahatçı qanaddan olan şərhçi Abbas Abdi "Etemad" qəzetində İran cəmiyyətinin kritik bir həddə çatdığı barədə xəbərdarlıq edib. "Hər bir cəmiyyətin qırılma nöqtəsi var və İran sürətlə ona yaxınlaşır" - deyə o bildirib.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar