SON XƏBƏRLƏR

İran hökumətinin bu hərəkəti bəşəriyyətə qarşı cinayətdir - ABŞ

2026.01.06, 14:09
İran hökumətinin bu hərəkəti bəşəriyyətə qarşı cinayətdir - ABŞ

İran hökumətinin məmurlarının İlamın Məlikşahi xəstəxanasına hücumu bəşəriyyətə qarşı cinayətdir.

Gunaz.tv

Bu, ABŞ-nin Dövlət Departamentinin bəyanatında qeyd olunub.

"Palatalara basqınlar, tibb işçilərinin döyülməsi və yaralılara göz yaşartıcı qaz və döyüş sursatı ilə hücum insanlığa qarşı açıq-aşkar cinayətdir",- bəyanatda deyilib.

Dövlət Departamenti İran hökumətinin bu əməlini beynəlxalq qanunların pozulması adlandırıb:

"Xəstəxanalar döyüş meydanı deyil. İslam Respublikası rejiminin bu hərəkətləri beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və insan həyatına tamamilə etinasız yanaşan bir rejimin mahiyyətini əks etdirir."

Qeyd edək ki, üç gün əvvəl İlamın Məlikşahi bölgəsində keçirilən etiraz aksiyaları zamanı yaralanan 12 nəfər xəstəxanaya köçürüldükdə, hökumət məmurları onları təqib edərək xəstəxanaya hücum edib.

12 nəfər yaralının 3-ü həyatını itirib və başqa yaralıara, həmçinin tibb işçilərinə qarşı güc tətbiq olunub.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar