SON XƏBƏRLƏR

Cəfər Əkbəri Xoy Kəşfiyyat İdarəsində bir neçə saat dindirilib

2026.01.07, 12:21
Cəfər Əkbəri Xoy Kəşfiyyat İdarəsində bir neçə saat dindirilib

Azərbaycan Milli Hərəkatının fəalı Cəfər Əkbəri dünən, 6 yanvar 2025-cü il, çərşənbə axşamı günü, telefon zəngi ilə Xoy şəhər kəşfiyyat idarəsinə çağırılıb və bir neçə saat dindirilib.

Gunaz.tv

Son günlərdə Azərbaycan şəhərlərində polis zənglərinin, təhdidlərin, həbslərin və ağır cəzaların verilməsinin həcmi xeyli artıb.

Qeyd edək ki, Cəfər Əkbəri əvvəllər də polis tərəfindən saxlanılıb və təhdidlərə məruz qalıb.

Xatırladaq ki, Cinayət Prosessual Məcəlləsinin müddəalarına əsasən, şəxslərin bölməyə çağırılması yazılı çağırış yolu ilə həyata keçirilməlidir; buna görə də şəxslərin telefon və ya şifahi mesajla çağırılması qanuni çağırış hesab edilmir.

 

Ş.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar