SON XƏBƏRLƏR

Tramp Rusiya tankerinin ələ keçirilməsi ilə bağlı qərarın çətin olmadığını deyib

2026.01.09, 11:31
Tramp Rusiya tankerinin ələ keçirilməsi ilə bağlı qərarın çətin olmadığını deyib

ABŞ Prezidenti Donald Tramp Rusiya tankerlərinin ələ keçirilməsi ilə bağlı verdiyi qərarın çətin olmadığını deyib.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, o, bu barədə “Fox News”a müsahibəsində deyib.

“Mən bu qərarın çətin olduğunu düşünmürəm. Fakt budur ki, tankerin yaxınlığında Rusiyanın bir destroyeri və bir sualtı qayığı var idi. Biz oraya çatan kimi onlar cəld şəkildə ərazini tərk etdilər”,- Tramp qeyd edib.

ABŞ lideri tankerin ələ keçirilməsindən sonra Rusiya Prezidenti Vladimir Putinlə əlaqə saxlayıb-saxlamadığı barədə suala isə cavab vermək istəmədiyini bildirib.

Qeyd edək ki, ABŞ iki gün əvvəl Atlantik okeanında Rusiya bayrağı altında Venesuela neftini daşıyan "Bella 1” tankerini saxlayıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar