SON XƏBƏRLƏR

South China Morning Post: İran sosial inqilabın eşiyindədir

2026.01.10, 17:18
South China Morning Post: İran sosial inqilabın eşiyindədir

"South China Morning Post" qəzetinin şənbə günü dərc etdiyi təhlildə bildirilir ki, yaşayış qiymətlərinin artması ilə bağlı ölkə miqyasında keçirilən etirazlar artdıqca, İranda hakimiyyət dəyişikliyi gözləntiləri artır.

Gunaz.tv

Hesabatda deyilir ki, nümayişlər ənənəvi olaraq hökumətyönlü tacirlərdən və mühafizəkar kənd icmalarından tutmuş şəhər orta təbəqəsinə qədər müxtəlif qrupları əhatə edib.

Etirazlar iyun ayında İranın İsrail və ABŞ ilə 12 günlük münaqişəsindən sonra rialın kəskin şəkildə düşməsi ilə daha da qızışıb.

Hesabatda bildirilir ki, hər hansı kordinasiyalı müxalifətin olmamasına görə, analitiklər nümayişlərin yaşamaq üçün mübarizə aparan adi insanlarla hakim elitanın toplumdan təcrid olunmuş imtiyazları arasında artan uçurum və dərin sosial ədalətsizlik hissi ilə irəlilədiyini söyləyirlər.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar