SON XƏBƏRLƏR

"Politico": Amerikanın İrana qarşı güc tətbiq etmək variantları əhəmiyyətli dərəcədə məhduddur

2026.01.14, 11:29
"Politico": Amerikanın İrana qarşı güc tətbiq etmək variantları əhəmiyyətli dərəcədə məhduddur

Tramp administrasiyasının İrana qarşı güc tətbiq etmək qabiliyyəti əhəmiyyətli dərəcədə məhduddur.

Gunaz.tv

Bu barədə "Politico" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, bir vaxtlar Yaxın Şərqdə prezidentin sərəncamında olan Amerika hərbi gəmiləri və şəxsi heyəti Karib dənizinə köçürülüb. Rəsmilər etiraf ediblər ki, hazırda Amerikanın İrana qarşı hərbi hücum halında istifadə edilə biləcək əhəmiyyətli qüvvələrin regiona yerləşdirilməsi planları yoxdur.

Vurğulanıb ki, Tramp hələ də İran rəhbərliyinə və ya hərbi obyektlərinə hava hücumu əmri verə bilər. Lakin onun seçimləri Amerikanın İranın nüvə obyektlərinə zərbə endirdiyi ötən ilin iyun ayı ilə müqayisədə xeyli məhduddur.

Bundan əlavə, qəzet bildirib ki, Tramp administrasiyası mümkün güc tətbiqi planlarını Konqreslə əlaqələndirməli olacaq ki, bu da onun seçimlərini məhdudlaşdırır.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar