SON XƏBƏRLƏR

“Washington Post”: Amerikanın İranın təhlükəsizlik qüvvələrinin liderlərini hədəfə almaq ehtimalı daha böyükdür, nəinki nüvə təsisatlarını vurması

2026.01.14, 12:08
“Washington Post”: Amerikanın İranın təhlükəsizlik qüvvələrinin liderlərini hədəfə almaq ehtimalı daha böyükdür, nəinki nüvə təsisatlarını vurması

Tramp administrasiyası Avropa ölkələrindən İranın daxilində potensial hədəflərlə bağlı kəşfiyyat məlumatlarını Amerika ilə bölüşmələrini istəyib.

Gunaz.tv

Bu barədə iki anonim Avropa rəsmisi “The Washington Post“a danışıb.

Mənbələrdən birinin sözlərinə görə, Amerika Prezidenti Donald Trampın İranın nüvə təsisatlarına zərbə endirilməsini nəzərdən keçirdiyinə dair heç bir əlamət yoxdur.

Mənbə əlavə edib ki, Amerikanın İranın təhlükəsizlik qüvvələrinin liderlərini hədəfə almaq ehtimalı daha böyükdür.

Qeyd edək ki, İranda bir neçə gündür internet kəsilib. Amerikada yerləşən İnsan Haqları Fəalları Xəbər Agentliyinin (HRANA) verdiyi məlumata görə, etiraz aksiyalarında ölənlərin sayı 2571 nəfərdir, minlərlə insan isə həbs olunub.


C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar