SON XƏBƏRLƏR

KİV: İran Amerikanın hərbi bazalarını vuracağı ilə bağlı region ölkələrinə xəbərdarlıq edib

2026.01.14, 13:38
KİV: İran Amerikanın hərbi bazalarını vuracağı ilə bağlı region ölkələrinə xəbərdarlıq edib

İran Amerika tərəfindən hücuma məruz qalacağı təqdirdə, ABŞ-ın region ölkələrindəki hərbi bazalarını hədəf alacağı ilə bağlı xəbərdarlıq edib.

Gunaz.tv

“Reuters“ə danışan anonim iranlı rəsmi İranın məsələ ilə bağlı region ölkələrinə xəbərdarlıq etdiyini bildirib.

“Tehran Səudiyyə Ərəbistanı və BƏƏ-dən Türkiyəyə qədər region ölkələrinin diqqətinə çatdırıb ki, Amerika İrana hücum etsə, Vaşinqtonun bu ölkələrdəki hərbi bazaları vurulacaq”, - anonim mənbə qeyd edib.

Xatırladaq ki, bundan əvvəl İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf da İrana hücum olacağı halda, Amerikanın regiondakı qüvvələrinin hədəfə alınacağını bəyan edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar