SON XƏBƏRLƏR

İranın Azərbaycanəsilli diplomatı İsveçrədən sığınacaq istədi

2026.01.19, 10:53
İranın Azərbaycanəsilli diplomatı İsveçrədən sığınacaq istədi

İranda artan siyasi etirazlar fonunda BMT-nin Cenevrədəki Avropa Qərargahında çalışan yüksək vəzifəli iranlı diplomat vəzifəsindən istefa verib və İsveçrədən sığınacaq istəyib.

Gunaz.tv

Bu barədə xarici diplomatik mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Əlirza Ceyrani Hökmabad İranın BMT-nin Avropa Qərargahında baş diplomatı və bir neçə beynəlxalq təşkilatda daimi nümayəndəsinin müavini kimi çalışıb.

O, ailəsi ilə birlikdə İsveçrə hakimiyyətinə sığınacaq üçün müraciət edib.

Qeyd edək ki, məlumatlara görə, Əlirza Ceyrani əslən Təbrizin tarixi Hökmabad məhəlləsində anadan olub.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar