SON XƏBƏRLƏR

Livanlı terrorçular da repressiyalarda iştirak edib - Almaniya mediası

2026.01.19, 15:56
Livanlı terrorçular da repressiyalarda iştirak edib - Almaniya mediası

Xüsusən İranda etiraz aksiyalarının son 10 günündə Livandan gətirilmiş Hizbullah üzvləri etirazçılara qarşı repressiyalarda fəal iştirak ediblər.

Gunaz.tv

Bu barədə Almaniyanın DPA (Deutsche Presse-Agentur) agentliyi məlumat yayıb.

Bildirilib ki, silahlı qruplaşma üzvləri müqəddəs məkanları ziyarət adı altında İraq, oradan isə İrana gətiriliblər.

Qeyd edək ki, bundan əvvəl İraqın İrana bağlı Həşd əş-Şəbi, Əfqanistanın Fatimiyyun, Pakistanın Zeynəbiyyun qruplaşma üzvlərinin də İranda repressiyalarda iştirak etdikləri barədə məlumatlar yayılıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar