"News Nation"a danışan Hakabi İranın təkcə Amerika və İsrail üçün deyil, həm də region ölkələri üçün təhlükə yaratdığını bildirib.
"Düşünürəm ki, bölgədəki hər kəs İrandan bezib. Təkcə Amerika və İsrail üçün yox, İran normallaşma və sülh istəyən hamı üçün təhlükədir." - o deyib.
O, regiondakı hökumətlərin təhlükəsizlik narahatlıqları səbəbindən bunu açıq şəkildə deməkdən çəkinə biləcəyini, lakin Tehranda dəyişikliyi gizli şəkildə dəstəklədiyini bildirib.
"Onlar bunu açıq şəkildə deməyə bilərlər, çünki hədəfə çevrilmək istəmirlər, amma gizli şəkildə hər bir Körfəz dövləti İran xalqının bu rejimdən qurtulmaqda uğur qazanmasını görmək istəyir" - Hakabi deyib.
Səfir konkret hədəflərə yönəlmiş zərbə planından tamamilə imtina edilmədiyini, ancaq belə bir qərarın yalnız prezident tərəfindən verilə biləcəyini bildirib.
- Cəfər Cəfərli