SON XƏBƏRLƏR

19 yaşlı türkmən yeniyetmə Əmir Əli Pərvizi İran rejimi qüvvələri tərəfindən güllələnərək öldürülüb

2026.01.23, 11:26
19 yaşlı türkmən yeniyetmə Əmir Əli Pərvizi İran rejimi qüvvələri tərəfindən güllələnərək öldürülüb

Bojnurddan olan 19 yaşlı türkmən yeniyetmə Əmir Əli Pərvizi, 8 yanvarda Tehranın Sadeqiyyə rayonunda, iş yerinin yaxınlığında keçirilən etirazlar zamanı İran İslam Respublikası rejiminin qüvvələri tərəfindən güllələnərək öldürülüb.

Gunaz.tv

Türkmən yeniyetmə işləmək və ailəsinə kömək etmək üçün Tehrana getmişdi və restoranında çalışırdı.

Əmir Əli Pərvizinin qətlindən sonra İran rejimi qüvvələri ailəsinə oğullarının cəsədini almaq üçün bir milyard tümən ödəməli olduqlarını deyiblər. Lakin ailənin bu məbləği ödəyə bilmədiyi üçün cəsədi almaq üçün onlar "Oğlları terrorçular tərəfindən öldürülüb" yazısı olan bir kağıza imza atmağa məcbur ediliblər.

Qeyd edək ki, Əmir Əli Pərvizi 3 güllə yarası alaraq həyatını itirib.

 

Ş.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar