SON XƏBƏRLƏR

Qəzvinində 48 yaşlı qadın Xameneiyə bağlı qüvvələrin açdığı hərbi güllə ilə öldürülüb

2026.01.25, 17:01
Qəzvinində 48 yaşlı qadın Xameneiyə bağlı qüvvələrin açdığı hərbi güllə ilə öldürülüb

Gunaz.tv

Məsumə Hafizi, 48 yaşlı, ailə başçısı olan qadın, iki uşaq anası və yaşlı valideynlərinə baxan şəxs, 10 yanvar 2026-cı il tarixində Qəzvin vilayətinin Məhəmmədiyyə (Zibaşəhər) şəhərində Xameneiyə bağlı hakimiyyət qüvvələrinin açdığı birbaşa hərbi güllə nəticəsində həyatını itirib.

Daxil olan məlumatlara görə, hərbi güllə qadının qaraciyər nahiyəsinə dəyib və bu, onun ölümünə səbəb olub. Məsumə Hafizinin öldürülməsindən sonra ailəsinə ciddi təzyiqlər göstərilərək, onun “şəhid” kimi təqdim edilməsi və İran hakimiyyətinin rəsmi versiyasının qəbul etdirilməsi istənilib. Bu cür təzyiqlər həqiqətin təhrif edilməsi və etirazçı insanların qətlə yetirilməsinin gerçək mahiyyətinin gizlədilməsi siyasətinin davamı kimi qiymətləndirilir.

Məlumatlara əsasən, Məsumə Hafizinin cəsədi dəfn olunmaq üçün başqa bölgəyə aparılıb və dəfn mərasimi ciddi təhlükəsizlik nəzarəti altında, yalnız məhdud sayda yaxınlarının iştirakı ilə keçirilib. Təhlükəsizlik qüvvələri mərasim üçün məscidin qapılarının açılmasına da icazə verməyib. Halbuki bu ailənin anası daha əvvəl həmin məscidə geniş maliyyə yardımları göstərmişdi.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar